Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir.
Hit.az xəbər verir ki, şokolad ürək və xərçəng kimi xəstəliklərlə mübarizə aparır.
Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər.
Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur.
Bununla yanaşı, şokolad dərini daha yumşaq, zərif və cavan edir.
Sevinc


