Açıq şəkildə satılan göbələklər təhlükəlidir?

SAĞLAMLIQ
18:42 / 05.11.2025
32

Əhali arasında zəhərlənməyə səbəb olan qidalardan biri də göbələkdir. 

Hazırda bazarda, dükanlarda açıq şəkildə göbələk satılır.

Maraqlıdır, həmin göbələklər nə dərəcədə təhlükəlidir? 

Qida eksperti Leyla Sariyeva Hit.az-a deyib ki, tərkibindəki toksik maddələr baxımından insan sağlamlığı üçün təhlükəli olan göbələklər zəhərli göbələklər qrupuna aiddir:

“Belə göbələklər yeyildikdə yüngül və ağır sağlamlıq problemlərinə, hətta ölümə də səbəb ola bilər. Xüsusilə, yaz və payız mövsümlərində göbələkdən zəhərlənmələr daha çox baş verir. Zəhərli göbələklərlə adi göbələklər eyni yerdə bitir. Bunları ancaq göbələyi yaxşı tanıyanlar ayıra bilərlər. Yeməli göbələyin içərisinə bir zəhərli göbələyin qarışması zəhərlənməyə yol aça bilər. Göbələkləri qablaşdırmada almaq məsləhətdir. Açıq şəkildə bazarlarda satılan göbələkləri almaq məsləhət görülmür. Çünki, bu şəkildə satılan göbələyin nə saxlanma şərti, nə yığılma, nə də son istifadə tarixi bilinir”.

Sevinc

0