Xolesterolun yüksək səviyyəsi potensial təhlükəli olub, ürək xəstəlikləri və insult riskini artırır. Xolesterolun iki əsas forması var: "pis" xolesterol LDL (arteriya divarlarına yapışıb qan damarlarını daralda bilər) və "yaxşı" xolesterol HDL (artıq pis xolesterolu arteriyalardan toplamaq və onu orqanizmdən çıxarmaq üçün qaraciyərə daşımaga kömək edir).
HİT.az "Parade" nəşrinə istinadən xəbər verir ki, Xəstəliklərin Nazirəti və Profilaktikası Mərkəzinin (CDC) məlumatına görə, xolesterolun yüksək səviyyəsi ümumi xolesterol səviyyəsinin 240 mq/dl-dən yuxarı olması deməkdir.
Əgər sizdə xolesterolun səviyyəsi yüksəkdirsə, yəqin ki, sizə pəhrizinizi dəyişməyi – müəyyən qidaların istehlakını azaltmağı və digərlərinin istehlakını artırmağı məsləhət görəcəklər. Tez-tez məhdudiyyət altına düşən məhsullardan biri də pendirdir.
"Pendir çoxlu doymuş yağ ehtiva edir ki, bu da "pis" xolesterol LDL-nin səviyyəsini artıra bilər. Zamanla LDL-in yüksək səviyyəsi ürək xəstəlikləri riskini artıra bilər", deyə diyetoloq Keri Hans bildirib.
Lakin bu o demək deyil ki, xolesterolunuz yüksək olarsa, pendirdən tamamilə və həmişəlik imtina etməlisiniz. Bununla belə, diyetoloqların fikrincə, xolesterolunuz yüksək olarsa, imtina etməyinizin daha yaxşı olacağı bir məşhur pendir növü var - və bu Bri pendiridir.
"Bri *- doymuş, kremabənzər, doymuş yağların miqdarı yüksək olan bir pendirdir, ona görə də oni yalnız vaxtaşırı istehlak etmək daha yaxşıdır", deyə diyetoloq Tara Gidus Kollinqvud bildirib.
Yenə də qeyd edək ki, doymuş yağlar LDL xolesterolunun səviyyəsini artıraraq ümumi xolesterolun yüksək səviyyəsinə səbəb ola bilər.
"Amerikan Ürək Assosiasiyası (AHA) doymuş yağların istehlakını gündəlik kalorinin 6%-dən azı ilə məhdudlaşdırmağı tövsiyə edir, bu da 2000 kalorili pəhriz edən bir şəxs üçün təxminən 13 qram təşkil edir", deyə Kordinq qeud edib.
30 qram Bri pendirində 7.5 qram yağ var, onun da təxminən 5 qramı doymuş yağlardır.
Kordinq bütün yumşaq, kremabənzər pendirlərə ehtiyatla yanaşmağı məsləhət görür.
Samir


