Həkim ünsiyyəti qocalığın "ən təhlükəli düşməni" adlandırdı

SAĞLAMLIQ
10:14 / 07.11.2025
40

Beynəlxalq Qeriatriya və Gerontologiya Assosiasiyasının prezidenti Xose Rikardo Xaureqi bildirib ki, tənha qalmaq insan orqanizminin qocalmasını sürətləndirən əsas amillərdən biridir. 

HİT.az xəbər verir ki, bu barədə “Infobae” nəşri yayıb.

Mütəxəssisin sözlərinə görə, uzunömürlülük təkcə genetikadan deyil, həm də dörd əsas amildən asılıdır: sosial inteqrasiya, iqtisadi təhlükəsizlik, davamlı təhsil və sağlamlıq. Xose Rikardo Xaureqi xatırladıb ki, araşdırmalar tənha insanların demensiya, ürək-damar xəstəlikləri və immun sisteminin zəifləməsi riskinə daha çox məruz qaldığını göstərir.

Həkim qeyd edib: “Səhiyyə sistemləri getdikcə daha çox tənha qalma probleminə diqqət ayırır və onun qarşısını alma strategiyaları hazırlayır, çünki yaşlılıq dövründəki bir çox tibbi problemlərin qarşısını sosiallaşma vasitəsilə almaq mümkündür”.

Ekspert fiziki rifahın əsas tərkib hissələrindən biri kimi skelet sağlamlığının qorunmasını da vurğulayıb. Onun sözlərinə görə, sümüklər insanın sosial fəaliyyət və ünsiyyət üçün zəruri olan hərəkət qabiliyyətini təmin edir. Skeletin möhkəmliyinin qorunması həm də cərrahi müdaxilələrə ehtiyac riskini azaldır. Bundan əlavə, sümüklər əzələlərin fəaliyyətini dəstəkləyən dayaq sistemi yaradır.

Xose Rikardo Xaureqi yekun olaraq bildirib: “Sümüklərə düzgün qulluq göstərmək hərəkət qabiliyyətini və yaşlılıqda həyat keyfiyyətini qorumaq üçün əsas şərtdir".

Samir
 

0