Təzyiqin dərmanı sarımsaq

SAĞLAMLIQ
19:58 / 07.11.2025
48

Sarımsaq milli mətbəximizin əvəzolunmaz inqrediyentlərindən biridir.

Bu qida yeməklərə dad verməklə yanaşı, sağlamlığınız üçün də olduqca faydalıdır. 

Hit.az xəbər verir ki, aşağı təzyiqi, sarımsağa qarşı allergiyası olan və mədə xəstəliklərindən əziyyət çəkənləri çıxsaq, qalan hər kəs sarımsaq istehlak edə bilər. 

Sarımsaq qan təzyiqi aşağı salır. Yüksək qan təzyiqi olan insanlar mütəmadi olaraq sarımsaq istehlak etməlidir. 

Həmçinin, sarımsaq göbələk hüceyrələrinin yayılmasına maneə törədir və qaşınmanı aradan qaldırır.

Xüsusilə, dırnaq altına yerləşmiş göbələklər üçün ən təsirli üsullardan biridir.

Müalicə zamanı göbələyin zədələdiyi nahiyə əvvəlcə isti, nəm, təmiz bir parça ilə silinir. Bu, dəri məsamələrini açır və göbələkləri səthə çəkir, beləliklə, müalicə daha təsirli olur.

Sevinc
 

0