Azərbaycan artıq uzunömürlülər diyarı sayılmır - Səbəb nədir?

SAĞLAMLIQ
19:30 / 12.11.2025
41

Azərbaycan həmişə uzunömürlülər diyarı kimi tanınıb. Ancaq son illər bu tendensiya dəyişib. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, hazırda bütün dünyada qidalanma, ekologiya ilə bağlı ciddi problemlər var ki, bu da ciddi xəstəliklərin artmasına, ömrün qısalmasına təsir edir:

"Doğrudur, indi dünyada bir sıra cərrahi əməliyyatlar keçirilir, məsələn, ürəklə bağlı, bunun sayəsində ayrı-ayrı insanların ömrü uzanır, amma bütövlükdə insanlar öz fizioloji imkanlarına uyğun ömrünü yaşaya bilmir. Hazırda ürək-damar, psixoloji, onkoloji xəstəliklər artıb ki, bu da ömrü qısaldan amillərdən biridir.

Bundan əlavə alkoqol istehlakçı, elektron siqaretlər, qəlyan hətta xanımlar arasında da geniş yayılıb. Bütün bunların hamısı sağlamlığa təsirsiz ötüşmür. Orqanizmə daxil olan kalori ilə sərf olunanların arasında balans pozulur. Ümumiyyətlə, ölümün əsasında dayanan səbəblərdən biri ürəyin qəfil dayanmasıdır. İnfarkt, insult baş verən və tromemboliyaladır ki, bunların da hamısı daha çox mübadilə xəstəliklərinə, çəki artıqlığına, oturaq həyat tərzinə çox bağlıdır".

Sevinc

0