Naringi qış aylarının ən çox sevilən sitrus meyvələrindən biridir.
Dadlı olduğu qədər də faydalı olan bu meyvə uşaqdan tutmuş böyüyə çoxlarının qida rasionunda yer alır.
Hit.az xəbər verir ki, allergiyaya səbəb ola biləcəyi üçün istifadə edilən naringinin miqdarına diqqət yetirmək lazımdır.
Həmçinin, tərkibində olan fruktoza qanda olan şəkərin miqdarını artıraraq diabet xəstələri üçün təhlükə yarada bilər.
Naringini yeyərkən mütləq tumunu çıxarılmaslıdır. Əks halda naringi tumu apendisitin yaranmasına gətirib çıxara bilər.
Mədə-bağırsaq xəstəlikləri, qastrit və mədənin turşuluğu çox olan insanlara naringi qəbul etməməlidir.
Naringini, həmçinin ac qarnına yemək təhlükəlidir.
Sevinc


