Erkən saç ağarmasının səbəbləri...

SAĞLAMLIQ
22:17 / 12.11.2025
35

Yaşlanmanın əlaməti olaraq bilinən saç ağarması bəzən erkən yaşlarda ola bilər.

Saçın erkən bəyazlaması son zamanlar ən çox rastlanılan problemlərdən biridir. 

Həkim, trixoloq Aynurə Həsənova Hit.az-a deyib ki, saçlar vaxtından əvvəl ağarmağa başlayarsa, həkim trixoloqa (saç üzrə mütəxəssis) müraciət etmək məsləhətdir.

"Səbəbi aydınlaşdırılıb, dəqiq diaqnoz qoyulduqdan sonra vaxtında müalicəya başlanılır. Uşaqlarda saçların ağarması müşahidə edilirsə, saça rəng verən bəzi piqmentlərdə çatışmazlıqlar araşdırılmalıdır. Dəridə və saç follikullarında melanosit hüceyrələri var. Melanin rəng verən piqmentlərin əmələ gəlməsini təmin etdiyi üçün saç rənginin formalaşmasında mühüm yer tutur. Melanosit hüceyrələrində görülən bəzi problemlər saç rənginin yaranmasına mane olur və beləliklə, ağ saçlar görünür. Bununla yanaşı, stres tez-tez ağ saçların artmasına səbəb olur. Böyüyən gənc uşaqlarda (və hətta bir çox hallarda yeniyetmələrdə) fiziki və ya emosional stres, adətən, vaxtından əvvəl ağarmağa səbəb olacaq qədər yüksək deyil. Bununla belə, ətraf mühitin stresi vaxtından əvvəl ağlaşmaya səbəb ola bilər. Hava çirkliliyinə, ultrabənövşəyi şüalara və hətta sərt şampunlara və ya saç məhsullarına məruz qalma saçın rəngini itirməsinə səbəb ola bilər".

Sevinc

0