Sümüklərin möhkəmlənməsi üçün yaş qoz yeyin

SAĞLAMLIQ
22:17 / 13.11.2025
38

Payız mövsümündə toplanan yaş qoz sağlamlıq üçün olduqca faydalı maddələrlə zəngindir.

Qozun yaş halında, yəni tam yetişməmiş vaxtında istifadəsi həm qida dəyərini qoruyur, həm də təravətli dadı ilə seçilir.

Hit.az xəbər verir ki, yaş qozun tərkibində yüksək miqdarda Omeqa-3 və Omeqa-6 yağ turşuları olan yaş qoz ürək sağlamlığı üçün çox faydalıdır.

Bu sağlam yağlar qanda xolesterolu tənzimləyir və ürək-damar xəstəlikləri riskini azaldır. 

Bununla yanaşı, yaş qoz vitaminlər, minerallarla da zəngindir. Belə ki, yaş qoz kalsium, maqnezium və fosfor kimi minerallarla zəngindir. Bu minerallar sümüklərin möhkəmlənməsinə və sağlamlığının qorunmasına kömək edir.

Sevinc

0