"Ana südü uşağın beyninin inkişafında əvəzolunmazdır"

SAĞLAMLIQ
20:59 / 13.11.2025
44

Ana südü yenidoğulmuş körpələr üçün ən ideal qidadır və onların sağlam inkişafı üçün əvəzolunmazdır. 

O, körpənin immun sistemini gücləndirərək, infeksiyalardan qoruyur.

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, ana südü, həmçinin ana ilə körpə arasında emosional bağın yaranmasına kömək edir. Südün tərkibi zamanla körpənin ehtiyaclarına uyğun olaraq dəyişir:

"Uzun müddət ana südü verilən uşaqlarda piylənmə və şəkərli diabet kimi xəstəliklərin riski azalır. Ana südü uşağın beyninin inkişafında əvəzolunmaz rol oynayır və onun tərkibi süni qidalarla tam əvəz edilə bilməz. Uzun zəncirli çox doymamış yağ turşuları beynin və tor qişanın əsas struktur komponentidir. Həmçinin, ana südü yalnız qida deyil, həm də körpənin immun sisteminin inkişafına birbaşa təsir edən bioloji aktiv müdafiə kompleksi hesab olunur".

Sevinc

0