Çörək bol olarsa, basılmaz vətən!" Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır.
Ancaq mütəxəssislər uşaqların çoxlu çörək yeməsinin əleyhinədir.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqlara çörək yedirtmək doğru deyil:
"Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər - içərisində olan qatqı maddələri - rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır. Bu səbəbdən də uşaqlara çörək verilməməlidir".
Sevinc


