Payız mövsümünün gəlişi ilə küçələrdə yerindəcə çəkilib plastik qablarda satılan nar şirələri ilə yenidən rastlaşırıq.
Metrolara yaxın, insanların çox olduğu yerlərdə bu cür nar şirəsi satılan masaları görmək mümkündür.
Nar şirələrinin bu şəkildə satılması nə dərəcədə doğrudur?
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, nar şirəsini almaq da, içmək də faydalıdır. Çünki, nar şirəsi turşularla zəngin olan məhsuldur, orqanizm üçün xeyirlidir:
“Amma nəzərə almalıyıq ki, şəkər xəstələri, allergik xəstələr var ki, onların nar şirəsi qəbul etməyi müəyyən risklər yaradır. Düzdür, nar şirəsi insanın immunitetini gücləndirir, qan dövranına yaxşı təsir edir, beyni qidalandırır. Amma nəzərə alınmalı müəyyən məsələlər də var. Məsələn, nar şirəsinin sıxılan kimi içilməsi tövsiyə olunur. Yəni, günün altında qalması, hava ilə hər hansı təmasda olması tərkibində dəyişikliklərin olmasına gətirib çıxara bilər. Heç kim bundan sığortalanmayıb. Bu halda orqanizmdə hansı fəsadlar verəcəyini də kimsə bilə bilməz. Küçədə antisanitariya şəraitində hazırlanan istənilən qida zərərlidir. Bu, nar şirələrinə də aiddir”.
Sevinc


