Çörəyi tam olaraq menyudan çıxarmaq düzgündür?

SAĞLAMLIQ
22:54 / 17.11.2025
41

Çörəkdən imtina son dövrlərin dəbidir. Artıq əksər adamlar çörəyi süfrədən ya tamam uzaqlaşdırıb, ya da əhəmiyyətli dərəcədə azaldıb. 

Dietoloq Leyla Sarıyeva Hit az-a deyib ki, bağırsaqlar zərərli mikroblara qarşı mübarizə aparmaq üçün lifə ehtiyac duyacaq: 

"Ehtiyac olan lif miqdarı hər nə qədər bəzi qidalar tərəfindən qarşılansa da, çörək lif miqdarını artıran ən vacib yeyinti məhsuludur.Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini bərpa edir. Bir həftə çörək yemədiyimizdə bədənin ehtiyacı olan karbohidrat miqdarı azalır. Eyni zamanda karbohidratsızlıqdan deformasiyaya uğrayan olan sinir sistemi, yorğunluq, stress və əsəbilik halı kimi sağlıq problemlərinə səbəb olur.Çörək bədənin eyni zamanda şəkər miqdarını stabil saxlayır. Şəkər miqdarı düşən insan şəkər koması yaşayır".

Sevinc

0