COVID sonrası sindromlu insanların qanında xroniki yorğunluq, diqqət çatışmazlığı pozğunluğu və tənəffüs problemləri ilə əlaqəli olan anormal yapışqan "mikrotrombi" aşkar edilib.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri Tibbi Virologiya Jurnalında (JMV) dərc edilib.
Alimlər aşkar ediblər ki, bu mikrotrombilər NET strukturları ilə sıx komplekslər əmələ gətirir - immun hüceyrələri tərəfindən patogenləri tutmaq üçün buraxılan DNT və fermentlər şəbəkələri. Bu komplekslər COVID sonrası xəstələrdə sağlam fərdlərə nisbətən təxminən 20 dəfə daha çox rast gəlinir.
Ətraflı təhlil göstərib ki, bu xəstələrdə mikrotrombilər daha böyük, daha sıx və daha asan parçalanır. Bu, ən kiçik damarlarda qan axınını poza və bədəndə uzunmüddətli iltihabı alovlandıra bilər. Bu cür proseslər həmçinin COVID sonrası sindromun davamlı koqnitiv və fiziki simptomlarının əsasını təşkil edə bilər.
Qan nümunələri arasındakı fərq o qədər nəzərə çarpırıb ki, süni intellekt alqoritmi tək bir mikrotrombi növünə əsaslanaraq COVID sonrası xəstələri 91% dəqiqliklə fərqləndirə bilib. Alimlər mikrotrombi və NET strukturlarının kombinasiyasının COVID sonrası sindromun ilk obyektiv biomarkeri ola biləcəyini və yeni diaqnostika və müalicə metodlarının hazırlanmasına kömək edə biləcəyini irəli sürürlər.
Samir


