"Nəzarətsiz şəkildə istifadə olunan bitki mənşəli qida əlavələri xüsusilə çoxlu dərman qəbul edən xəstələrdə ciddi orqan zədələnmələrinə səbəb ola bilər".
HİT.az xəbər verir ki, bunu Trakya Universiteti (Türkiyə) rektor müavini və Tibb Fakültəsi dekanı, professor Sedat Üstündağ deyib.
Professor son illərdə sürətlə artan bitki məhsullarının istifadəsinin düşündüyü qədər təhlükəsiz olmadığını bildirib. O qeyd edib ki, bir çox əlavənin elmi cəhətdən təsdiqlənmiş faydası yoxdur və nəzarətsiz istifadə ciddi risklər yaradır.
Üstündağ bitki mənşəli məhsulların görünüşdə zərərsiz olmasına baxmayaraq, dərmanlarla birlikdə istifadə edildikdə təhlükəli ola biləcəyini belə açıqlayıb:
"Qara başotu səbəbindən böyrək çatışmazlığı inkişaf edən, keçiboynuzu pekmezi səbəbindən böyrək xəstəliyi yaşayan insanlar tanıyıram. Sağlam insanlar üçün zərərsiz olsa da, xroniki xəstəlikləri olan şəxslərdə geri dönməyən nəticələrə yol aça bilər".
O, əlavə edib ki, bu təsirlər ölümə gətirib çıxara biləcək ciddi komplikasiyalara səbəb ola bilər.
Üstündağ qeyd edir ki, bitki mənşəli əlavələri şüursuz istifadə etmək böyük risklər daşıyır. Xüsusilə xroniki xəstəliyi olan insanlar heç bir həkim nəzarəti olmadan bu məhsullara yönəlməməlidir.
O, əlavə edib: "Təbii deyə zərərsiz saymayın. Hər bitki mənşəli məhsul hər bədən üçün uyğun deyil. Həkiminizə müraciət edin, əks halda çox ağır nəticələrlə üzləşə bilərsiniz".
Samir


