Payızın özünü tam çılpaqlığı ilə göstərdiyi aylardayıq.
Gəlin görək, bu mövsüm tərəvəz və meyvələrinin faydaları nələrdir?
Hit.az xəbər verir ki, karalyok lif, yağ və zülallarla zəngindir. Karalyokun tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor var.
Bundan əlavə, A vitamini, beta-karotin, B1, B2, B3 və B6 vitaminləri ilə də zəngindir.
Armud tərkibindəki fosfor və B vitaminləri ilə zehni yorğunluğu aradan qaldırır.
Tərkibindəki lif sayəsində qanda xolesterin səviyyəsini tarazlaşdırır.
Həll olunmayan lif bağırsaqların düzgün işləməsini təmin edir.
Sitrus meyvələri qrupuna daxil olan naringi C vitamini və beta karotin baxımından çox yaxşı qaynaqdır.
Tərkibindəki fosfor və B vitaminləri var. Yüksək kalium ilə qan təzyiqini aşağı salmağa kömək edir. Kapilyarlarda qan axını sürətləndirir.
Sevinc

