Alimləri heyrətləndirən təcrübə: Qocalmağı dayandırmaq mümkün ola bilər

SAĞLAMLIQ
23:31 / 20.11.2025
34

Elm dünyası qocalma və zərərli hüceyrələrlə mübarizədə çarpıcı bir kəşfə imza atıb. 

HİT.az xəbər verir ki, tədqiqatçılar CD4 T immun hüceyrələrinin qocalma siqnalları aldıqda, ətrafına ziyan vuran hüceyrələri hədəf alan "qatillərə" çevrilə biləcəyini aşkar ediblər.

"Science Alert"in verdiyi məlumata görə, bu xüsusi immun hüceyrələri CD4-Eomes adlanır. Əvvəllər mövcudluğu məlum olsa da, son araşdırma bu hüceyrələrin molekulyar səviyyədə qocalan və iltihab yaradan "zombi hüceyrələrlə" birbaşa əlaqəsini ilk dəfə ətraflı şəkildə göstərir. Tədqiqatçılar, "Nəticələrimiz CD4-Eomes hüceyrələrinin toxuma qocalmasını tənzimləmədə kritik rol oynadığını göstərir. Bu vəziyyət, yaşa bağlı xəstəliklər və uzun ömür baxımından əhəmiyyətli nəticələr doğura bilər" açıqlamasını ediblər.

Qocalan hüceyrələr, bölünmə qabiliyyətini itirmiş, lakin ətrafına iltihabı təhrik edən maddələr ifraz edən "zombi hüceyrələr" kimi tanınır. Tədqiqat qrupu, cavan siçovullardan götürülən CD4 T hüceyrələrini həm cavan, həm də yaşlı siçovullara köçürdü və iki çarpıcı nəticə əldə edib:

* CD4 T hüceyrələrinin CD4-Eomes formasına çevrilməsi birbaşa zombi hüceyrələrinin mövcudluğu ilə tətlənir.

* Genetik müdaxilə ilə CD4-Eomes funksiyası dayandırıldıqda, bu zərərli hüceyrələr bədəndə daha sürətlə yığılır. Bu da, CD4-Eomes hüceyrələrinin qocalma prosesini birbaşa əngəllədiyini göstərir.

* Bundan əlavə, bu hüceyrələrin sıroz modellərində toxuma zədəsini azaltdığı və zərərli hüceyrələrin yığılmasını məhdudlaşdırdığı müşahidə edildi.

Alimlər bu mexanizmin insanlarda da etibarlı olub-olmadığını araşdırmağı və CD4-Eomes cavablarının genetik və bioloji amillərdən asılı olaraq necə dəyişdiyini öyrənməyi planlaşdırırlar. Gələcəkdə bu hüceyrələrin artırılmasının, iltihab mənşəli toxuma zədəsini və bioloji qocalmanı ləngitmək üçün ümidverici bir müalicə üsulu ola biləcəyi qeyd olunur.

Samir
 

0