Payız meyvələrindən olan heyva ləzzətli olmaqla yanaşı vitamin və minerallarla da zəngindir.
Heyva orqanizmimizə və gözəlliyimizə faydalıdır.
Hit.az xəbər verir ki, heyva A və B vitaminləri ilə zəngindir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlaşdırmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.
Heyva qanda şəkərin miqdarını çox sürətlə artırmır. Yəni, diabetdən əziyyət çəkir və pəhrizdəsinizsə, rahatlıqla heyva yeyə bilərsiniz.Bundan başqa heyva toxluq hissini uzadır və bu da arıqlamağa kömək edir.
Heyvanın tərkibindəki C vitamini və fito kimyəvi maddələr immun sistemini gücləndirir. Heyva orqanizmi virus, bakteriyalara qarşı qoruyur.
Heyvanın tərkibi dəmir, sink kimi minerallarla zəngindir. Bu isə qan dövranını artırır, saçın dibinə bol oksigen daşınmasına kömək edir.
Sevinc


