Alimlər beyin xərçənginin müalicəsində əsas problemlərdən birini aradan qaldırdı

SAĞLAMLIQ
22:35 / 21.11.2025
30

Kolumbiya Universitetinin alimləri səs dalğalarından istifadə edərək beyin-hədd-baryerini — dərmanların şişə çatmasının qarşısını alan təbii “müdafiə divarını” — invaziv olmayan üsulla açmağı bacarıblar. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Science Translational Medicine" (STM) jurnalında dərc olunub.

Bu texnologiya kimyaterapiya ilə birlikdə diffuz orta xətt glioması olan üç uşaq üzərində sınaqdan keçirilib — son dərəcə aqressiv və nadir beyin xərçəngi növü ki, demək olar ki, həmişə ölümcül olur. Fokuslaşdırılmış ultrasəs dərmanların şişə çatmasına imkan verib, xəstələrin vəziyyətini yaxşılaşdırıb və heç bir yan təsir yaratmayıb.

“Artıq metodun uşaqlar üçün təhlükəsiz olduğuna əminik, bu isə xəstəliyin erkən mərhələlərində daha yüksək dozalı beyin dərmanlarının sınaqlarını aparmağa imkan verəcək”, deyə Kolumbiya Universitetinin dosenti, pediatr-onkoloq və tədqiqat rəhbəri Stergios Zaxarulis bildirib.

Aqressiv şişlərin müalicəsində irəliləyişlərə baxmayaraq, uşaqlarda beyin xərçəngi üzrə proqnoz hələ də çox ağırdır: orta xətt glioması olan pasiyentlərin çoxu diaqnozdan sonra bir ildən az yaşayır. Əsas problem — beyin-hədd-baryeridir. Bu baryer beyni toksinlərdən və infeksiyalardan qoruyur, lakin kimyaterapiya dərmanlarının təsirini də bloklayır.

Əvvəlki araşdırmalar baryerin təhlükəsiz şəkildə zəiflədilib dərmanların çatdırılmasını yaxşılaşdırmaq, daha sonra isə onu yenidən bərpa etmək mümkün olduğunu göstərmişdi. Məhz bu nəticələr yeni müalicə texnologiyasının əsasını təşkil edib.

“Prosedur zamanı uşaqlar sakitcə kitab oxuya və ya planşetdə oynaya bilirlər. Metod tamamilə qeyri-invazivdir, ağrısızdır və cəmi bir neçə dəqiqə davam edir. Gələcəkdə bu texnologiya uşaq xərçənginin müalicəsinə yanaşmanı dəyişə, müalicəsi çətin olan şişlərdə sağqalma göstəricisini artıra bilər”, deyə alimlər bildirirlər.

Samir

0