Zoğal ən tanınmış ishal əleyhinə təbii vasitədir

SAĞLAMLIQ
20:57 / 24.11.2025
22

Zoğal qədim zamanlardan bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur. Həmçinin bu giləmeyvə çox gözəl profilaktik vasitədir.

Hit.az xəbər verir ki, zoğal ən tanınmış ishal əleyhinə təbii vasitədir. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı çox yaxşı kömək edir. Bununla yanaşı, zoğal arterial təzyiqi normallaşdırır, "pis" xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.

Zoğal güclü iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.

Sevinc

0