Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Təəssüf ki, bu xəstəlik körpə uşaqlarda da müşahidə olunur.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur:
"8-9 aylıq uşaqlarda, əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir.Autizmli bir uşaq isə ona bənzəməyən insanların arasında narahatlıq hiss edir, çünki onların başa düşə bilmir. Bəzi valideynlər isə əksər hallarda deyirlər ki, yaşyarıma, 2 yaşa qədər hər şey normal idi, uşaq sonradan qapanmağa başladı. Əslində belə deyil. Təməl əlamət uşağın sosial ünsiyyət bacarıqlarının yaşa uyğun olmamasıdır. Əgər 3 yaşa qədər olan uşağın sosial ünsiyyət bacarıqlarında yaşa uyğunsuzluq varsa, doyurucu bir göz təması qurmursa, adını çağıranda reaksiya vermirsə, qarşılıqlı oyun oynaya bilmirsə, diqqətini bir tərəfə yönəldəndə baxmırsa və barmaqla göstərmək hərəkəti yoxdursa, autizm əlamətlərindən şübhələnməyə əsasımız var. Uşağın jest hərəkətlərindən, mimikasından da bu əlamətləri sezmək mümkündür
Vaxtında üstünə düşülərsə, bu uşaqların bir çoxunun tam düzəlmə ehtimalı var. Belə nümunələr çoxdur. Bəzən çox az dəyişən, çox zəif düzələn uşaqlarla da qarşılaşırıq. Erkən müdaxilədən sonra mütləq şəkildə bir irəliləyiş görürük".
Sevinc

