Qripdən necə qorunmaq olar?

SAĞLAMLIQ
20:35 / 25.11.2025
43

Qrip və qripə bənzər yoluxucu xəstəliklərin aktiv olduğu dövrdür.

Qripin daha çox adama yoluxmamağı üçün insanın özündən nələr asılıdır?

Tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, özləri də bu cür xəstəliklərə qarşı daha diqqətli yanaşmalıdırlar:

"İlk növbədə, insanlar soyuqdəymə və yuxarı tənəffüs yollarının iltihabı ilə bağlı istənilən xəstəliyə xüsusi diqqətlə yanaşmalıdır. Eyni zamanda dövlət qurumları və müvafiq strukturlar da insanlar arasında maarifləndirici iş aparmalıdırlar. Çünki, xəstələrə düzgün istiqamət verilmədiyi halda, xəstəliyin fəsadları daha da artır. Xəstəliyə yoluxma və yoluxdurma hallarının qarşısını almaq üçün üç əsas tədbir görülməlidir. Xəstəliyə yoluxduğu halda, xəstə mütləq yataq rejiminə keçməlidir. Bu, təkrar soyuqdəymənin və xəstəliyin ağırlaşmasının qarşısını alır. Xəstəlik dövründə fiziki təmasdan maksimum dərəcədə yayınmaq lazımdır, çünki xəstəliklərin bu qədər sürətlə yayılmasının əsas səbəbi, məhz başqaları ilə yaxın təmasda olub onları yoluxdurmaqdır”.

Sevinc

0