Kimlərə kərə yağı yemək olmaz?

SAĞLAMLIQ
18:38 / 25.11.2025
44

Kərə yağı bir çox insanın sevdiyi məhsuldur. Dad keyfiyyətlərinə baxmayaraq, kərə yağı bəzi kateqoriya insanlar üçün sağlamlığa təhlükəli ola bilər.

Hit.az xəbər verir ki, kərə yağının qəbulu kəskin pankreatit və laktoza dözümsüzlüyü olan insanlar üçün tamamilə əks göstərişdir.
 
Hamilə və süd verən qadınlarda çəki kəskin şəkildə artırsa, onlar da kərə yağı qəbulunu məhdudlaşdırmalıdırlar.

Bundan əlavə, kərə yağı artıq çəkisi, aterosklerozu, öd daşı xəstəliyi, ürək-damar xəstəlikləri, xüsusilə metabolik xarakterli xəstəlikləri olan insanlara əks göstərişdir. 

Bunun səbəbi məhsulun tərkibində xolesterinin yüksək olması və kalorililiyidir.

Kərə yağının tərkibi D vitamini ilə zəngindir. D vitamini diş və sümüklər üçün, görmə qabiliyəti üçün faydalıdır.

Kərə yağı dəri, saç, iş qabiliyyətinin artırılması, yorğunluğun aradan götürülməsi üçün faydalıdır.

Sevinc

0