Gün ərzində qəhvə gənclərinüstünlük verdiyi içkilərdir.
Lakin mütəxəssislərin fikrincə, bu içkilərin tərkibindəki kofein sağlamlığa pis təsir edir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki,qəhvə içən insanlarda ürək qulaqcıqlarının fibrillyasiyası riski azalır. Eyni zamanda fibrillyasiya tezliyi də 13 faiz azalır:
"Kofe istehlakı xüsusilə qan təzyiqi, ürək ritminin pozulması (aritmiya), taxikardiya və digər ürək xəstəlikləri olan şəxslər üçün zərərlidir. Bütün qidalarda olduğu kimi, kofe istehlakı orta səviyyədə olmalıdır. Gündə 3 stəkandan çox kofe istehlakının məhsuldarlığa mənfi təsir göstərdiyini, 5 fincandan çox isə osteoporoza səbəb ola biləcəyini göstərən elmi araşdırmalar var. Yenə həddindən artıq kofe istehlakı yuxusuzluq, gərginlik, əsəbilik və həssaslıq kimi mənfi təsirlərə yaradır”.
Sevinc

