Yenidoğulan uşaqların ölümünün səbəbi nədir?

SAĞLAMLIQ
22:35 / 26.11.2025
12

Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb.

Açıqlanan statistik məlumatlara əsasən, hamiləliyin 37-ci həftəliyinə qədər vaxtından əvvəl dünyaya gələn körpələrin 70 faizi tələf olur.

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, yenidən doğulan uşaqların ölməsinə səbəb dölün özünün qüsurları olmasıdır.:

"Daha çox ciftə qan dövranının pozulmasıdır. Yəni, ana ilə dölün arasında olan ciftdə qanda trombositlərin sayı çox olanda bu hallar baş verə bilər. Rayonlarda körpə ölümlərinin ilkin səbəbi vaxtında müayinələrə gedilməməsi, analizlərin düzgün verilməməsi ola bilər. Hamilə qadınlar hər ay mama-ginekoloqun qəbulundan keçməlidir".

Sevinc

0