Günün çox hissəsini kompüter qarşısında keçirmək səhhətimizə ziyandır.
Ekran məsafəsi və düzgün masa düzəni işlə əlaqədar göz yorğunluğunu azaltmağa kömək edir.
Hit.az xəbər verir ki, hər 20 dəqiqədən bir ekrana baxmağa ara vermək lazımdır. Bu zaman gözləri 20 saniyə boyunca təxminən 6 metr uzaqlıqda bir şeyə fokuslamaq lazımdır.
Açıq havada gəzinti göz yorğunluğu üçün faydalı ola bilər.
İşdən sonra kitab oxumaq və ya ağıllı telefona çox baxmaq faydalıdır.
Kompüterin qarşısında dik və rahat oturmaq lazımdır. Ayaqlar yerə perpendikulyar, kürək və qollar düz, budlar və dirsəklər yerə paralel olmalıdır. Kreslonun arxa dəstəkli və tənzimlənən olması məsləhətdir. Həmçinin, ekran parlaqlığı adama narahatverici səviyyədə olmamalıdır.
Elə etmək lazımdır ki, ekranın yuxarı kənarı göz səviyyəsində dursun. Bu, ekrandadakıları rahat şəkildə görə biləcəyiniz ən uzaq bir məsafə olmalıdır.Böyük və gözləri yormayan şriftlərlə yazmaq, tünd fonda açıq rəngli yazılarla işləmək faydalıdır.
Sevinc


