Energetik içkilər niyə yorğunluğa səbəb olur? - 5 səbəb

SAĞLAMLIQ
21:12 / 28.11.2025
7

Energetik içkilər sizə tez bir enerji qüvvəsi verə bilər, lakin bu effekt tez keçir. 

HİT.az "Verywell Health"a istinadən xəbər verir ki, bu içkidəki yüksək şəkər və kofein miqdarına görə enerjinin azalması baş verir, bu da yuxunun pozulmasına səbəb ola bilər və insanı daha da yorğun buraxa bilir.

Nəşrdə enerji içkilərinin insan orqanizminə hansı mənfi təsirləri olacağı izah olunur:

1. Susuzluq (Dehidratasiya)

Milli Komplementar və İnteqrativ Tibb Mərkəzi bildirib ki, yüksək kofein tərkibinə görə energetik içkilər orqanizmin susuz qalmasına səbəb ola bilər. Yəni bu, insanın qəbul etdiyindən daha çox su sərf etdiyi zaman baş verir.

"MedlinePlus" nəşrinin bildirdiyinə görə, dehidratasiyanın əsas əlamətləri bunlardır:

* Tünd rəngli sidik
* Ağızda quruluq
* Yorğunluq
* Baş ağrısı
* Əzələ qıcolmaları
* Susuzluq hissi

Bundan əlavə, əgər orqanizm güclü susuz qalıbsa, insanda aşağıdakı kimi başqa simptomlar da ola bilər:

* Dezoriyentasiya, şüurun qarışıqlığı
* Baş gicəllənməsi
* Dərinin quruluğu
* Huşun itirmə
* Tez nəfəs alma (Hiperventliasiya)
*  Sidiyin tutulması
*  Qan dövranının olmaması
*  Ürək döyüntüsünün sürətlənməsi

2. Qan şəkərinin enməsi

Energetik içkilərin əksəriyyətində xeyli miqdarda şəkər, xüsusən də fruktoza, qlükoza və ya yüksək fruktozaları qarğıdalı surubu olur.

Aparılan tədqiqatlardan biri göstərib ki, energetik içki qəbul etdikdən sonra qandakı qlükoza səviyyəsi kəskin şəkildə yüksəlir. Bu, reaktiv hipoqlikemiya olaraq bilinən "şəkər çöküşünə" səbəb ola bilər. Materialda izah olunur ki, bu, qan şəkəri səviyyəsinin aşağı olduğu və çoxlu miqdarda karbohidrat qəbulundan sonra tez-tez baş verən bir vəziyyətdir.

Hipoqlikemiyanın əsas simptomları arasında yorğunluq və diqqət səviyyəsinin azalması var. Adətən belə simptomlar içkinin qəbulundan sonra bir-iki saat ərzində yaranır.

3. Kofeindən imtina

Energetik içkilərin müntəzəm qəbulundan sonra, əgər insan onların istehlakını azaltmağa və ya tamamilə dayandırmağa qərar verərsə, onda kofeindən imtina simptomları yarana bilər. Onlara aşağıdakılar daxildir:

* Hirs və əsəbilik
* Diqqəti cəmləşdirmə çətinliyi
* Yorğunluq və yuxululuq
* Baş ağrıları
* Ülşk və mədə-bağırsaqla bağlı digər problemlər

4. Kofeinə tolerantlıq

Kofein asılılıq yaratdığı üçün zamanla insanda onun təsirinə qarşı tolerantlıq yarana bilər. Buna görə də, belə insanların enerji səviyyəsini qorumaq üçün daha çox miqdarda kofein qəbul etməyə ehtiyacı olur.

Kofeinə tolerantlıq səbəbindən insanda yuxululuq, diqqəti cəmləşdirmə problemləri, həmçinin yorğunluq yarana bilər. Yəni, belə bir halda energetik içki enerji artırmayacaq.

5. Yuxu tsiklinin pozulması

Bax energetik içkilər uzun bir gecədən sonra bir müddət oynaqlığa kömək edə bilsə də, uzunmüddətli perspektivdə onlar yuxunu pozmaq qabiliyyətinə malikdirlər. Buna görə də insan bütün gün ərzində yorğun və halsız olacaq. Yüksək kofein istehlakı yuxunun pozulması və aşağıdakı kimi simptomlarla əlaqələndirilir:

* Gündüz yuxululuq
* Yuxusuzluq
* Gecə oyanmaları
* Yuxunun keyfiyyətsiz olması

Energetik içkilər necə işləyir?

Energetik içkilər kofein və qlükoza kimi digər stimullaşdırıcılar vasitəsilə enerji səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Adətən, bu içkinin bir porsiyasında 80-dən 150 mq-a qədər kofein olur.

Bu içkilər çox vaxt enerji səviyyəsini artırdığı məlum olan B qrupu vitaminlər, kreatin, ginseng və ya taurin kimi inqrediyentlər də ehtiva edir.

Kim energetik içkilərdən çəkinməlidir?

Həmçinin, enerji içkilərindən olanlar da daxil olmaqla, həddindən artıq kofein istehlakı, əgər hamiləsinizsə və ya körpəni əmisinizsə, həmçinin aşağıdakı xəstəliklər mövcud olduqda əlavə sağlamlıq risklərinə də səbəb ola bilər:

* Narahatlıq (Anksiyete)
* Əgər insan stimullaşdırıcı və ya astma üçün dərman qəbul edirsə
* Qastroezofageal reflü xəstəliyi
* Ürək xəstəlikləri
* Hipertoniya
* Yuxusuzluq
* Xoralar

Samir
 

0