Qida allergiyası immun sistemin müəyyən qidalara qarşı verdiyi anormal reaksiya nəticəsində yaranır.
Bəzi qidalar xüsusilə erkən uşaqlıq dövründə, bəziləri isə ömür boyu davam edərək allergik reaksiyalara səbəb olur.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qida allergiyası dəridə qaşınma, səpgi, qabarma, burunda tutqunluq, asqırma, burun axıntısı, ishal, qəbizlik, astma, boğazda qıcıqlanma, quru öskürək kimi şikayətlərlə özünü göstərə bilər. Eyni zamanda, həyati təhlükə yaradaraq anafilaktik reaksiyalara səbəb ola bilər:
"Qida allergiyası diaqnozunda ən vacib addım xəstənin şikayətlərini dəqiq bilməkdir. Daha sonra dəridən və qandan allergiya testləri götürülür. Qida allergiyasının əsas müalicəsi allergik reaksiyaya səbəb olan qidalardan tamamilə uzaq durmaqdır".
Sevinc

