Bəzi insanlarda stress zamanı çəki azalması müşahidə olunur.
Həkimlər isə bu yolla arıqlamağın təhlükəli olduğunu deyir.
Diyetoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, stresdə olunan zaman normal həyatda olunan kimi davrana bilmirik:
"Normalda yetişə biləcəyimiz yerə vaxtında yetişə bilmirik. Nahar etməmək üçün hansısa işlə məşğul oluruq.Stressli insanın orqanizmi döyüş və uçuş rejiminə keçir. Bədən adrenalin və kortizol kimi hormonları ifraz edərək, özünü hazırlayır. Adrenalin yemək istəyinizi minimuma endirir.Bu arada, kortizol böhran zamanı vacib olmayan funksiyaları müvəqqəti olaraq boğmaq üçün bədənə siqnal verir. Buraya həzm, immun və reproduktiv reaksiyalar daxildir. Stress zamanı çəki itkisi zamanı mütləq psixiatr, nevroloq, psixoloq və dietoloqdan müayinə, müalicə almaq lazımdır Adrenalin yemək istəyinizi minimuma endirir, bu isə sağlamlıq üçün olduqca təhlükəlidir".
Sevinc

