Şam qozasının inanılmaz faydaları...

SAĞLAMLIQ
22:35 / 28.11.2025
22

Çoxları bilməsə də, şam qozasının insan sağlamlığına inanılmaz faydaları var.

Xüsusilə mövsüm dəyişkənliklərində yuxarı tənəffüs yolu xəstəliklərinə faydalı olan şam qozasının suyu diqqətdən qaçmır. 

Şərq təbabətində tez-tez istifadə olunan şam qozası vitamin və minerallarla zəngindir. 

Hit.az xəbər verir ki, fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə birbaşa təsir edir və immun sistemini gücləndirir.

Bundan əlavə, şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri vardır ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.

Həmçinin, şam qozası suyu tənəffüs yolları xəstəliklərində müsbət təsir edir. Öskürək, bəlğəm, bronxit kimi xəstəliklərin müalicəsində şəfa mənbəyi kimi tanınır.

Bununla yanaşı, immuniteti möhkəmləndirən şam qozasının tərkibi nadir və xüsusi komponentlərə, xüsusilə fitonsid maddələrlə olduqca zəngindir.

Bu maddələr orqanizmə güclü iltihab və mikrob əleyhinə təsir edir, immun sistemini gücləndirir.

Sevinc

0