Qızılgül ətri və dadı isidici effekti olan digər ədviyyatlarla kifayət qədər dadlı bir vəhdət yarada bilər.
İstəkdən asılı olaraq, çayınıza hil, mixək dənəcikləri, əlvan rəng üçün məkkəgülü ləçəkləri, zəncəfil kökü və s. əlavə etmək olar. Şirin çay sevərlər isə çaylarına bal və ya şəkər qatmaqla zövqlərini oxşaya bilərlər.
Hit.az xəbər verir ki, qızılgül ləçəkli çay yalnız qocalma əleyhinə deyil, həm də antioksidantlarla zəngindir, menstrual ağrıları azaltmağa kömək edir və nəmləndirməni qorumağa kömək edir.
Bununla belə, qızılgül çayı da yüngül işlətmə təsirinə malikdir, ona görə də düzgün dozaya diqqət yetirmək lazımdır.
Digər çaylardan və əksər isti içkilərdən fərqli olaraq, qızılgül çayının tərkibində kofein yoxdur. Buna görə də digər isti içkilər üçün əla əvəzedicidir.
Sevinc


