Gecə yatarkən xoruldamaq xəstəlikdir?

SAĞLAMLIQ
21:14 / 02.12.2025
18

Yatarkən xoruldamaq təkçə o insanın özünü deyil, ətrafındakıları da narahat edir.

 Evdə həmin “günahkar”, “yuxu qatili” insan hamı tərəfindən danlanır, heç kəs onunla eyni otağı paylaşmaq istəmir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, xoruldamaq ailə içində də münasibətlərə təsir göstərir. Hamı səbəbkarı danlayır. Yaxud onun hamıdan gec yatmasını tələb edir:

 "Çox yorğun olan, yaxud da siqaret və alkoqollu içkilər qəbul edən insanlarda belə bir hal yarana bilər. Bu, fizioloji xoruldama sayılır və xəstəlik əlaməti kimi qəbul edilmir. Lakin xoruldama gecə nəfəs dayanmaları ilə yaranırsa, bu zaman həkimə müraciət etmək tövsiyə olunur. Çünki bu cür xoruldama obstruktiv yuxu apnoe sindromunun əlamətidir.Xoruldama daha çox artıq çəkili və orta yaşlı kişilərdə rast gəlinir. Biz konservativ müalicə zamanı çəki atmağı və yanüstə yatmağı məsləhət görürük. Çünki, belə yatanda tənəffüs yolu daralmamış, qapanmamış olur.  Nəticədə xəstə ya xoruldamır, ya da az xoruldayır".

Sevinc

0