Hamiləliyi özbaşına sonlandırma istəyi bəzi qadınların həyatını itirməsinə səbəb olur. İstər arzuolunmaz hamiləlik, istərsə də qız uşağına hamiləlik hallarında bu, ən birinci seçim olur.
Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyada ilk pillələrdə qərarlaşıb. Statistika nə qədər ürək ağrıdırsa, bir o qədər də ikrah doğurur.
Ginekoloq Aidə Süleymanova Hit.az-a deyib ki, qadınlar hamilə olduqlarından şübhələndikləri an həkimə getmədən birbaşa apteklərə müraciət edirlər:
"Bu, uğurlu alınır, amma bəzən qadını həyati təhlükə ilə üz-üzə qoyur. Elə qanaxmalar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb. Abort isə orqanizmdə çox sayda fəsadlar törədir. Bunu qadın həmin anda, yaxud bir ay, hətta illər sonra da hiss edə, yaşaya bilər".
Sevinc


