Payız mövsümünün ən faydalı meyvələrdən biri də xurmadır. Xurma latın dilində “Tanrıların meyvəsi” adlanır. Bir çox ölkələrdə isə bu meyvəyə “cənnət xurması” deyirlər.
Hit.az xəbər verir ki, Azərbaycanda bu meyvənin əsasən korolyok və xirnik növləri yetişdirilir.
Ölkəmizdə bu meyvə daha çox Lənkəran zonasında, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Balakən və Zaqatala rayonlarında olur.
Ölkəmizdəki xurmanın tərkibində yod birləşmələri çox olduğundan onun mühüm müalicəvi əhəmiyyəti var, xüsusən də zob xəstəliyində...
Xurma həmçinin mədə və bağırsaq xəstəlikləri üçün də dərman qədər əhəmiyyətə malikdir. Meyvənin tərkibindəki pektin maddəsi həzmi yaxşılaşdırır, mədəni gücləndirir, qastritin qarşısını ala bilir.
Bağırsaq iltihabının sağalmasına çox mühüm təsir göstərir. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Orqanizmi xərçəng xəstəliyindən qoruyur. Beyni gücləndirir. Öskürəyin ən yaxşı dərmanıdır. Yəni, meyvə olaraq ən yaxşı sinə dərmanı hesab olunur.
Xurma bəlğəmə, nəfəs borusuna təsir göstərir. Qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır.
Xurma daha çox yod mənbəyidir. Yəni, yod çatışmamazlığı olan zob xəstəliyində xurma çox əhəmiyyətlidir. Beləliklə , xurmadan istifadə etməklə xeyli miqdarda yod qəbul etmək olur. Həmçinin bu meyvənin içərisində vitamin C, qan artırıcı elementlər var.
Sevinc


