Hazırda 1 milyarddan çox gənc musiqi dinləmək vərdişlərinin təhlükəli olması səbəbindən eşitmə qabiliyyətini itirmək riski altındadır.
Otolarinqoloq Kəmalə Hüseynova Hit.az- deyib ki, hər gün qulaqcıqla mahnı dinləmək, yaxud ümumilikdə istifadə etmək, gələcəkdə sinir mənşəli eşitmə zəifliyinin yaranmasına səbəb ola bilər:
"Qulaqcıqlar qulaq tıxacı yaradaraq qulaq kirinini içəri tıxanıb çölə çıxmasına mane olur. Eyni zamanda, bəzi insanlarda xarici qulaq yolunda mexaniki travma törədir və infeksion xəstəliklərin yaranmasına səbəb olur. Mütəmadi qulaqcıqdan istifadə, həmçinin, qulaqda göbələk də yarada bilir. Onu da deyim ki, uşaqlara qulaqcığın ziyanı daha çoxdur. Hər şeydən əvvəl uşaqlar böyüklər qədər diqqətli deyil, qulaqcıq istifadə edəndə avtoqəzaya səbəb ola bilirlər. Yəni, onlar iki işi birdən görə bilmirlər. Qulaqcıqdan istifadə uşaqlarda fikir dağınıqlığı yaratdığı üçün mümkün qədər onları bu əşyadan uzaq tutmalıyıq. Bu onların dərslərində zəifləməyə səbəb ola bilər".
Sevinc


