Gündəlik protein ehtiyacınızı necə ödəmək olar? - Toyuq sinəsinə 6 alternativ

SAĞLAMLIQ
10:21 / 05.12.2025
26

Əzələ kütləsini qorumaq, maddələr mübadiləsi, hormonal fond və ümumi sağlamlıq vəziyyəti üçün protein lazımdır. Adətən bunun üçün pəhrizə daha çox toyuq sinəsi əlavə edirlər. Lakin, proteinlə zəngin olan başqa məhsullar da almaq olar. 

HİT.az xəbər verir ki, "RealSimple" nəşri bu məsələni araşdırmaq üçün diyetoloqlar və ekspertlərlə məsləhətləşib. Onlar hansı qidaların proteinlə zəngin olduğunu bölüşüblər və seçim üçün altı variant təqdim ediblər.

Sürtfikatlı diyetoloq Maddi Paskuarellonun sözlərinə görə, protein orqanların işinin tənzimlənməsində, immunitet və maddələr mübadiləsinin dəstəklənməsində, həmçinin hormonların və neyromediatorların düzgün işləməsinin təmin edilməsində iştirak edir.

"O, həm də sağlam çəkini qorumaq, əzələ kütləsinin artırılması və sümüklərin sağlamlığı üçün həyati vacibdir", deyə o əlavə edib.

ABŞ-ın qidalanma tövsiyələrinə görə, sağlam böyük bir insana orta hesabla bədən çəkisinin hər kiloqramına 0,8 qram protein lazımdır. Lakin, aktiv həyat tərzi, hamiləlik və ya xəstəlik, travmadan sonra bu norma daha yüksək olmalıdır.

Bundan sonra isə içində çox protein olan məhsullara nəzər salaq.

Teksturalı bitki mənşəli zülal - Bir porsiyada (85 qram) 44 qram protein var. Paskuarellonun qeyd etdiyi kimi, bu məhsul soya unundan hazırlanır, protein, lif, dəmir və kalium üçün əla mənbədir:

"Onu mal və ya hindi ətinin vegan alternativi kimi istifadə etmək olar, buna görə də onu evdə hazırlanan vegeterian burqerləri, küftələr, çili və ya pörtlədilmiş yeməklərin reseptlərində tapa bilərsiniz".

Konservləşdirilmiş albakor tuna balığı - 140 qramda 33 qram protein var. Diyetoloq Drev Rozales deyib ki, tun balığında toyuq sinəsindən daha çox protein var. Üstəlik, orada beyin, göz və ürəyin sağlamlığını dəstəkləyən omega-3 yağ turşuları var. Bu balıq tez-tez səndviçlər üçün istifadə olunur, lakin salat üçün də uyğundur.

Tofu - 400 qram məhsulda 30 qram protein var. Tofu proteinlə zəngindir və kulinariyada inanılmaz dərəcədə çoxyönlüdür. Onu sup, roll, qızardılmış yeməklər və salatlar üçün istifadə edirlər.

"Bu, təkcə əzələ kütləsinin artırılması və saxlanması üçün tam dəyərli protein mənbəyi deyil, həm də az məlum olan bir kalsium mənbəyidir", deyə Rozales bildirir.

Seitan - Bu məhsulda bir porsiyada (85 qram) 27 qram protein var. Onu sudan və buğda qlütenindən hazırlayırlar. Bəzən seitanda həmçinin çoxlu dəmir olur. Dadına görə kifayət qədər təvazökar olduğundan, daha çox ədviyyat əlavə etməyə dəyər. Diyetoloqlar onu toyuq və ya mal əti kimi bişirməyi məsləhət görürlər.

Kəsmik (Qatıq pendiri) - 200 qramda 27 qram protein var. Həmçinin kəsmikdə çoxlu probiotiklər və kalsium var. "Onu giləmeyvələr və qranola ilə birləşdirin, smuzi-yə əlavə edin və ya tost, üyüdülmüş bibər və doğranmış pomidorla birlikdə ləzzət alın", deyə Rozales tövsiyə edir. Bundan əlavə, kəsmikdən çoxlu müxtəlif yeməklər hazırlamaq olar.

Edamame (soya lobyası) - 150 qram məhsulda 27 qram protein. Eyni zamanda, orada toyuq sinəsindən iki dəfə çox dəmir var. Rozalesin sözlərinə görə, dəmir orqanizmdə oksigenin daşınması, həmçinin hormonların istehsalı üçün lazımdır. Edamameni sıyıq taxıl yeməklərinə və qızardılmış yeməklərə əlavə etmək olar.

Samir
 

0