Süfrələrin və salatların bəzəyi olan turp bitkisi - qırmızı və ağ olur. Lakin turpun başqa bir növü də var ki, bəlkə də çoxları onun varlığından xəbərsizdirlər.
Hit.az xəbər verir ki, qara turp bu bitkinin ən acı, ancaq ən faydalı növüdür. Həm çiy halda tərəvəz kimi, həm də dərman məqsədilə istifadə edilir. Tərkibində çox miqdarda vitaminlər və minerallar mövcuddur.
Qara turp maddələr mübadiləsini tənzimləyir, immuniteti artırır, artıq mayeni bədəndən xaric edir. Həm də təbii antibiotik hesab edilə bilər. Qara turp bədəndə olan şlakların, duzların və sidik turşusunun bədəndən çıxarılmasını təmin edir.
Şirəsi güclü ödqovucu xüsusiyyətə malikdir. Buna görə də qaraciyər və öd problemləri zamanı dərman maddəsi kimi tətbiq edilir.
Qara turp öskürək, qrip, öd daşı xəstəliklərində də effektlidir.
Sevinc


