Bir çoxumuzun sevmədiyi tərəvəz olsa da, brokoli olduqca faydalıdır.
Hit.az xəbər verir ki, A, C vitaminləri ilə yanaşı, follik turşu, lif kalsium, kükürd və antioksidant baxımından zəngindir.
Çox nadir tapılan B6 vitamini baxımından olduqca zəngin olan bu qida, kök hüceyrələrini yeniləyir. Xüsusilə, dəri altındakı hüceyrələri yeniləyən bu vitamin dəri və saç tökülmələrinin qarşısını alır.
Həftədə 4 dəfə bir kasa brokoli yeyərək, sebum adlı maddənin ifrazını artıra bilərsiniz.
Antioksidant baxımından güclü olan brokoli qısa zamanda sizi toksinlərdən azad edəcək, immunitet sistemini gücləndirir.
K vitamini qaynağı olan brokoli, beyin sağlamlığını da dəstəkləyir. K vitamini beynin qabiliyyət və qavrama bölümünü gücləndirir.
Unutqanlığı, bununla birlikdə stress və depressiya faizini də azaldır. Eyni zamanda da kalsium baxımından da zəngin olduğundan sümük inkişafını da gücləndirir.
Sevinc


