Marketlərdə pəhriz saxlayanlar üçün müxtəlif növ unlardan xüsusi olaraq hazırlanmış, azkalorili çörəklər piştaxtaları bəzəməkdədir.
Bəs görəsən pəhriz çörəkləri ənənəvi üsulla hazırlanmış çörəklər qədər orqanizmə fayda verirmi?
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, pəhriz çörəkləri adı altında satılan məhsulların bəzən daha uzun müddət rəf ömrü olur:
"Bu da onun birmənalı şəkildə mayasız hazırlandığının göstəricisi ola bilsə də, digər məqamda rəf ömrünü uzatmaq üçün kimyəvi qatqı maddələrindən istifadə olunduğunu göstərir. Bu kimi qida hiylələrinə aldanmaq lazım deyil. Əgər keyfiyyətli çörək yemək istəyirlərsə, bunu yalnız özləri ev şəraitində hazırlaya bilərlər. Pəhriz çörəyi adı ilə təqdim olunan çörəklərin tərkibini oxusaq görərik ki, nə qədər doğru olmayan məsələlər var. Müxtəlif qatqılar - birinci və ikinci növ un, maya, duz, şəkər, hansısa bitkinin toxumları və s. qatıldığı yazılır. Una şəkər də qatılmalı deyil".
Sevinc


