Dırnaq batması problemi nədir?

SAĞLAMLIQ
21:18 / 09.12.2025
38

İnsanların əksəriyyətində rast gəldiyimiz problemlərdən biri dırnaq batığıdır. 

Bu problem ayaq dırnaqlarında daha çox müşahidə olunur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dırnağı düz kəsməyəndə zədələnir, infeksiya salır: 

“Dırnaq qalınlaşanda, göbələk bağlayanda əti zədələyir. Dırnaqlar anadangəlmə qüsurlu ola, həmçinin nəsillikcə də keçə bilir. Düzgün yeriş pozulanda, yastıpəncəlilik əmələ gələndə, baş barmağın əyilməsi də dırnaq batığına səbəb olur.

Salonlarda batığın müalicəsi düzgün deyil. Çünki onlar dırnağın kökünə dəyə bilmir. Ancaq künclərə müdaxilə edirlər, kəsib götürürlər. Bu da həmişə effekt vermir. Çox zaman infeksiya keçir, şişir. Dırnaq batığından qorunmaq qeyri-mümkündür, çünki, yaranma səbəbləri çoxdur. Şəkər xəstələrində daha tez-tez rast gəlinir".

Sevinc

0