Kök qiymətli qida maddələri mənbəyidir.
Hit.az xəbər verir ki, kök – karotinoidlərin zəngin mənbəyidir.
Kökün tərkibində olan karotinlərin təxminən 80 faizi bağırsağımızda A vitamininə çevrilən beta-karotin növünə aiddir.
Kök lif, eləcə də C vitamini mənbəyidir, onlar damar və ürəyin vəziyyətinə müsbət təsir edir.
Çiy kökün qəbul edilməsi qanda xolesterin balansını yaxşılaşdırmağa, artıq çəkidən azad olmağa kömək edir.
Kök, həmçinin bağırsağın sağlamlığını dəstəkləyir. Çiy kök lifi yaxşı fermentləşdirilir – bu tərəvəz faydalı bağırsaq bakteriyaları üçün “yanacaq” olaraq, bağırsaq üçün prebiotik rolunu oynayır. Bu bakteriyalardan bir çoxu qısa zəncirlə yağlı turşular istehsal edir ki, onlar təkcə bağırsaq üçün deyil, həm də bütövlükdə sağlamlıq üçün faydalıdır.
Sevinc

