Qışda şam yeməyi üçün ideal vaxt açıqlandı

SAĞLAMLIQ
13:46 / 10.12.2025
36

Diyetoloq Valentina Palazzo (Roma Universiteti) qışda şam yeməyini daha tez - saat 18:00-19:00 radələrində yeməyi tövsiyə edir. 

HİT.az xəbər verir ki, mütəxəssis bunu "La Razon"a verdiyi müsahibədə deyib.

Həkimin sözlərinə görə, soyuq mövsümdə sirkadian ritmləri tənzimləyən hormon olan melatonin gündüz saatlarının qısalması səbəbindən daha tez istehsal olunmağa başlayır. Bu o deməkdir ki, bədən əvvəlcədən yuxuya hazırlaşır.

"Əgər şam yeməyini axşam gec saatlara qədər təxirə salsanız, həzm daxili sistemlərin artıq istirahət rejiminə keçdiyi bir vaxtda işə düşür", deyə Palazzo qeyd edib.

Mütəxəssis xəbərdarlıq edib ki, gec yemək ertəsi gün narahat yuxuya, mədədə ağırlığa, qıcıqlanmaya və yorğunluğa səbəb ola bilər. Bu, bədənin həzmi tam başa çatdıra bilməməsi və bir gecədə bərpa olunmaması ilə bağlı ola bilər.

Diyetoloq həmçinin şam yeməyində nə yediyinizə daha diqqətli olmağı tövsiyə edir. Axşam saatlarında bişmiş məhsullardan və spirtli içkilərdən çəkinmək daha yaxşıdır, çünki onlar yuxunu daha da çətinləşdirə və həzmi həddindən artıq yükləyə bilər. 

Diyetoloqun fikrincə, optimal qış şam yeməyi yüngül, lakin qidalı olmalıdır: yağsız zülallar, bişmiş tərəvəzlər və az miqdarda mürəkkəb karbohidratlar gecə ərzində bərpa proseslərini pozmadan bədəni enerji ilə təmin etməyə kömək edəcək.

Samir
 

0