Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb.
Elektron siqaretlərin zərərli olması haqqında fikirlər səslənsə də satışı artmaqda davam edir.
Professor Adil Qeybulla Hit.az-a deyib ki, elektron siqaret insanı tütün asılılığından azad eləmir:
"Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonunda kütləvi istehsala buraxıldı. Elektron siqaretlərdə istifadə olunan nikotinin miqdarı ilə adi siqaretdəki nikotinin miqdarı, demək olar ki, bir-birinə bərabərdir. Elektron siqaretlərin bu gün kifayət qədər geniş yayılması, onun insan orqanizminə zərəri ilə bağlı maarifləndirici tədbirlər aparılmalıdır. Hansısa administrativ tədbirlər nəticə vermir, insanlar onda gizli yolla bunu əldə edirlər. Ancaq siqaretlərin üzərində aparılan tədqiqatların nəticələrini əhaliyə elan etdikcə, maarifləndirmə apardıqca onlar ona daha çox diqqət edib, nəticə çıxararlar".
Sevinc


