Zəncəfil min illərdir ki, həm qida, həm də təbii müalicə vasitələri arasında xüsusi yer tutur.
Hit.az xəbər verir ki, zəncəfilin faydaları arasında immuniteti gücləndirmək, həzmi yaxşılaşdırmaq, metabolizmanı sürətləndirmək və iltihabları azaltmaq var.
Eyni zamanda, zəncəfilin zərərləri də mövcuddur və həddindən artıq istifadəsi müəyyən yan təsirlərə səbəb ola bilər.
Zəncəfilin faydaları arasında həzm sisteminə müsbət təsir göstərməsi də xüsusi yer tutur. Bu bitki mədə və bağırsaqlarda yaranan diskomfort hissini aradan qaldıraraq həzm prosesini sürətləndirir.
Zəncəfilin həzm sisteminə təsiri sayəsində qida maddələri daha yaxşı sorulur və mədə problemlərinin qarşısı alınır.
Sevinc


