Kimlər naringi yeyə bilməz?

SAĞLAMLIQ
20:38 / 11.12.2025
26

Soyuq havanın sevimli meyvələrindən biri də naringidir.

Ancaq sevimli meyvənin ziyanları da az deyil.

Hit.az xəbər verir ki,  mədəaltı vəz və öd kisəsi ilə bağlı problemi olanlar, naringidən uzaq durmalıdır.

Həzm sistemi xəstəlikləri: qastrit, kolit, mədə xorası, həmçinin mədəaltı vəzi və öd kisəsi ilə bağlı problemlər olan insanlara turş, sitrus meyvələr tövsiyə edilmir. 

Tərkibində yüksək kalium olduğuna görə naringi böyrək xəstəliyi olan insanlar üçün tövsiyə olunmaya bilər, çünki bu, orqanizmdə artıq kaliumun yaranmasına səbəb olur.

Sevinc
 

0