Zaman-zaman saxta araqların satışı ilə bağlı məlumat yayılır.
Bu günlərdə Astara rayonu, Pensər kəndində fəaliyyət göstərən marketdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.
Yoxlama zamanı marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib.
Saxta içkilər satışdan kənarlaşdırılıb.
Professor Adil Qeybulla Hit.az-a bildirib ki, kustar üsulla hazırlanan spirtli içkilər zəhərlənmə verir:
“Təəssüf ki, Azərbaycanda kustar üsulla spirtli içkilərin hazırlanması geniş vüsət alıb. Spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər. Bundan əlavə həmin içkilərin tərkibində olan metil isə gözü kor edəcək, hətta ölümə səbəb olacaq qədər təhlükəlidir".
Sevinc


