Dünyada ən çox istifadə edilən meyvələrdən biri də banandır.
Banan həddindən artıq çox istifadə ediləndə insan orqanizmində müəyyən problemlərə səbəb olur.
Hit.az xəbər verir ki, həddən artıq banan qəbul edən insanlarda qəbzlik problemi ortaya çıxır.
Banan arıqlama prosesində insanlara mənfi təsir göstərir.
Banan şəkər xəstəsi olan insanlar tərəfindən də çox qəbul edilməməlidir.
Tərkibində şəkərin miqdarı çox olduğu üçün bu tip xəstələrdə problemlərin yaranmasına səbəb ola bilər.
Yaşlı insanlarda həddən artıq banan qəbulu ürək xəstəliyi və nəbzin sürətlə vurması kimi problemlərə səbəb ola bilər.
Dişlərində problem olanlar da normadan artıq banan qəbul edəndə diş çürüməsi ilə üz-üzə qala bilərlər.
Sevinc


