Ana südü körpələrin ilk 6 ay ərzində mütləq qəbul etməli olduqları çox əhəmiyyətli bir qidadır.
Südün keyfiyyəti nə qədər yaxşı olarsa, uşağın inkişafı da bir o qədər yaxşı olar.
Bundan əlavə ana südü immun sistemini gücləndirdiyi üçün uşağı bir çox infeksiyon xəstəliklərdən də qoruyur.
Bəs, ana südünü artıran və onun keyfiyyətini yaxşılaşdıran qidalar hansılardır?
Hit.az xəbər verir ki, razyana südün keyfiyyətini artıqmaqla yanaşı, süd kanallarını da açır. Onu dəmləyərək , qəbul etmək lazımdır. Bunun üçün bir çay qaşığının üzərinə 200 litr qaynar su tökülür və 7-8 dəqiqə dəmlənməsi gölənilir. Gün ərzində 2-3 dəfə içmək olar.
Su ana südünün miqdarını artırmaqda ən təsirli və asan üsul su içməkdir.
Ana südünün 87%-i sudan ibarətdir. Buna görə də süd verən analar bu müddətdə normal ehtiyaclarından daha artıq miqdarda su içməlidirlər. Belə ki, normal insanın gündəlik içməli olduğu su miqdarı 2 litr ikən, süd verən analarda bu miqdar gündə 3-3,5 litr olmalıdır.
Yulaf ana südünü artıran faydalı qidalardan biridir. Son vaxtlar aparılan araşdırmalar nəticəsində anada dəmir azlığının südün az olmasına səbəb olduğu görülmüşdür.
Yulaf da dəmir baxımından zəngindir və dəmir azlığına qarşı mübarizədə əhəmiyyətli rola malikdir.
Bundan əlavə yulaf rahatladıcı təsiri ilə südün döş kanallarından irəliləməsini təmin edən oksitosin hormonunun ifrazına səbəb olur ki, bu da südün kanallardan irəliləməsini sürətləndirir.
Qoz tərkibindəki çoxlu kalsi və maqneziumun sayəsində bu məhsul süd əmələ gətirən xüsusiyyətə malikdir.
Ev şəraitində hazırlanan kök, qarağat, alma və giləmeyvə şirələri də çox yaxşı təsir göstərir.
Sevinc


