Xəstəliklərin geniş yayılmasınn əsas səbəbi insanların havanın dəyişməsinə etinasız yanaşmasıdır
Havalar soyuyan kimi qrip, soyuqdəymə xəstəliyi də artır.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, son zamanlar yayılan xəstəliklər sadəcə olaraq soyuqdəymədir.
Onun sözlərinə görə, xəstəliklərin geniş yayılmasınn əsas səbəbi insanların havanın dəyişməsinə etinasız yanaşmasıdır:
"El arasında insanlar yuxarı tənəffüs yolarının bütün xəstəliklərini qrip adlandırırlar. Lakin nəzərə almaq lazımdır ki, yuxarı tənəffüs yollarının 15-dən çox infeksiyası var ki, biz bunu ümumilikdə qrip adlandıra bilmərik. Hal-hazırda temperaturun artması, halsızlıqla müşayiət olunan xəstəliklər sadəcə olaraq mövsümlə bağlı olan soyuqdəymə xəstəlikləridir.
Soyuqdəymə xəstəliklərinin müalicəsi əsas etibarilə insanın özünü qorumasından asılıdır. Adətən mövsüm dəyişikliklərində havaya aldanaraq nazik geyinirlər".
Sevinc


