Arıqlamaq istəyənlər daha çox qarabaşaq istehlak etməyə üstünlük verir.
Maraqlıdır, qarabaşaq doğrudan da arıqladırmı?
Dietoloq Leyla Sarıyeva Hit.az-a şərhində bildirib ki, qarabaşaq pəhrizinin müsbət tərəfi ondadır ki, çəki itkisi başağrısı, zəiflik, yorğunluqla müşahidə olunmur:
"Digər tərəfdən, qarabaşağın yüksək kaloriliyi sayəsində günbəgün özünüzdə yüngüllük hiss edəcəksiniz. Üçüncüsü və ən əsası pəhrizin yüksək effektivliyidir. 14 gün ərzində ortalama çəki itkisi 7 kq-dır. Həmçinin qarabaşağı istənilən muqdarda yemək olar.Maddələr mübadiləsinin normaya düşməsindən dərinin ümumi vəziyyəti də yaxşılaşır. Bəzi pasiyentlərdə sellülitin də əriməsinə gətirib çıxarır. Qarabaşaqda olan həll olunmayan pəhriz lifi bağırsaq hərəkətliliyini stimullaşdırır. Bu xüsusilə uşaqlar və yaşlı insanlar üçün mütəmadi olaraq bağırsaqlarını təmizləmək üçün faydalıdır".
Sevinc


